“Onun yarısı” –
Muzey Mərkəzində gənc rəssamların sərgisi
“ArtCoLab” Yaradıcı Gənclər
Platformasının təşkilatçılığı, Mədəniyyət
Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı
ilə gənc rəssamların “Onun yarısı” adlı qrup
sərgisi keçirilib.
4-5 iyul tarixlərində Muzey Mərkəzində təşkil
olunan sərgi “ArtCoLab”ın yaradılmasının 5 illiyinə
həsr edilib. Sərgidə 26 gənc rəssam tərəfindən
ərsəyə gətirilən 44 əsər nümayiş
olunub. Müxtəlif mövzulu bədii nümunələrin əksəriyyəti
kətan üzərində yağlı boya ilə işlənib.
Açılış mərasimində mədəniyyət
nazirinin müavini Fərid Cəfərov, Rəssamlar
İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov,
Xalq rəssamları Ömər Eldarov, Ağaəli
İbrahimov, Sakit Məmmədov, Səlhab Məmmədov,
“ArtCoLab” YGP-nin rəhbəri Çinarə Quliyeva, ictimai
xadimlər və digər şəxslər iştirak ediblər.
“Davam” Gənclər Hərəkatı idarə heyətinin
sədri Nihad Allahyarlı açılış nitqi söyləyib,
sərgi haqqında məlumat verib.
Digər çıxış edənlər də sərginin əhəmiyyətini
qeyd edib, əsərlərin ideya-bədii xüsusiyyətlərindən
danışıblar.
Sonra gənc rəssamlar təltif ediliblər. Sonda
qonaqlar sərgi ilə tanış olublar.
Mədəniyyət .- 2024.- 12 iyul,№(52).- S.5.