UNESCO-nun Yaradıcı Şəhərlər
Şəbəkəsinin illik konfransı
Azərbaycan nümayəndə heyəti də
iştirak edib
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin
“Gəncləri masaya dəvət edirik” mövzusunda illik
konfransı 1-5 iyul tarixlərində Portuqaliyanın Braqa şəhərində
keçirilib.
Ölkə başçının sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nın Tədbirlər planına uyğun olaraq,
mədəniyyət və yaradıcı sənayelər (MYS)
üzrə ixrac imkanlarının genişlənməsinə
yönələn təşviq mexanizmlərinin
yaradılması məqsədilə Mədəniyyət
Nazirliyinin nümayəndə heyəti də konfransda
iştirak edib.
Üzv şəhərlərə öz təcrübələrini
bölüşmək, şəbəkə daxilində yeni əlaqələr
yaratmaq və şəbəkə katibliyi və digər
maraqlı tərəflərlə informasiya mübadiləsi
aparmaq imkanı yaratmaq baxımından konfrans əhəmiyyətli
platformadır.
Beş gün davam edən konfransda tematik sessiyalar,
altşəbəkə görüşləri, şəhər
merlərinin forumu, müxtəlif mədəni tədbirlər
təşkil olunub. Tədbirin gedişində həmçinin
iştirakçılara bir sıra ölkələrin mədəniyyət
müəssisələri və digər dövlət
qurumlarının fəaliyyəti ilə tanış olmaq
imkanı yaradılıb, şəbəkə çərçivəsində
atılacaq növbəti addımlarla bağlı fikirlər səsləndirilib.
Nazirliyin nümayəndələrinin MYS sahəsində
beynəlxalq səviyyəli ekspertlər və şəbəkəyə
üzv olan bir sıra şəhərlərin sənaye
nümayəndələri ilə görüşləri
keçirilib. MYS üzrə məhsul və xidmətlərin
ixracının təşviqi istiqamətində birgə layihələrin
həyata keçirilməsi imkanları müzakirə olunub.
Eyni zamanda görüş
iştirakçılarına UNESCO-nun Yaradıcı Şəhərlər
Şəbəkəsinə ölkəmizdən üzv olan
Bakı, Şəki və Lənkəran şəhərlərində
gedən inkişaf prosesləri barədə məlumat verilib.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.8.