İçərişəhər
peşəkar və həvəskar rəssamların
gözü ilə
Müsabiqəyə yekun vurulub
İçərişəhər, onun tarixi və bu
günü ilə bağlı elan edilmiş rəsm
müsabiqəsi başa çatıb. Qədim məkanı
peşəkar və həvəskar rəssamların
gözü ilə göstərmək məqsədi
daşıyan müsabiqəyə böyük maraq olub.
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Dövlət
Rəssamlıq Akademiyası (ADRA) və Azərbaycan Rəssamlar
İttifaqı ilə birgə təşkil etdiyi müsabiqənin
qalibləri mükafatlandırılıb.
Bakı Fotoqrafiya Evində seçilən əsərlərdən
ibarət sərgi də açılıb.
İdarənin rəhbəri Şahin Seyidzadə, VI
çağırış Milli Məclisin deputatları Fazil
Mustafa, Ülviyyə Həmzəyeva, ADRA-nın
prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və
Fuad Salayev çıxış ediblər.
Bildirilib ki, iki ay davam edən müsabiqəyə
ölkə üzrə 300-dən çox
iştirakçı rəsm əsərləri təqdim edib.
Qaliblər Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov,
Səlhab Məmmədov, Aydın Rəcəbov və
Əliyar Əlimirzəyev tərəfindən seçilib.
Seçilən 40 əsərdən 7-sinin müəllifi qalib
elan olunub.
İlk üç yeri müvafiq olaraq Fəxriyyə
Əliyeva (“Şah sarayı”), Səidə Musayeva (“Qala izi”) və
Nəzrin Xələfova (“Bakıda küləkli gün”)
tutublar. Daha dörd nəfər (Ramil Məmmədov, Nəzrin
Mütəllifli, Rəşad Rzayev, Samirə Vəliyeva) həvəsləndirici
mükafata layiq görülüb.
Digər 33 əsərin müəllifləri isə
müsabiqədə iştirakına görə diplomla təltif
ediliblər.
Qeyd edək ki, müsabiqənin Bakı Fotoqrafiya Evindəki sərgisi
avqustun 10-dək ziyarətçilərə açıq
olacaq. Giriş sərbəstdir.
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.3.