Xalça Muzeyinin
qonaqları
Monteneqronun Azərbaycandakı səfiri Perişa
Kastratoviç Milli Xalça Muzeyini ziyarət edib.
Diplomata muzeyin ekspozisiyasında yer alan nadir sənət
nümunələri haqqında məlumat verilib. Bildirilib ki,
xalça sənətinin inkişafı Azərbaycan dövlətinin
daim diqqət mərkəzində olub. Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın
təşəbbüsü və səyləri ilə 2010-cu
ildə milli xalçaçılıq sənətimiz
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Səfir muzeydə xalçatoxuma prosesini də izləyib.
Qeyd edək ki, bir qədər əvvəl Milli
Xalça Muzeyində Monteneqro xalqının ənənəvi
mədəniyyətini təcəssüm etdirən “Müxtəlifliyin
gözəlliyi” adlı sərgi də açılıb.
***
İyulun 10-da Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən
Sosial Xidmətlər Agentliyi Ahıl şəxslər
üçün sosial xidmət müəssisəsinin (“Qocalar
evi”) sakinləri Milli Xalça Muzeyini ziyarət ediblər.
Qonaqlara muzeyin kolleksiyaları, burada nümayiş
etdirilən sənət əsərləri haqqında məlumat
verilib. Onlar xalçanın toxunma prosesi ilə yaxından
tanış olub, özləri hana başına keçərək
bir neçə ilmə vurublar.
Sonra “Şuşa, zəfərin mübarək!”
adlı kölgə teatr tamaşası göstərilib.
Lalə
Mədəniyyət .- 2024.- 12 iyul,¹(52).- S.2.