Milli Mətbuat Günü münasibətilə
dəyirmi masa
İyulun 22-də milli mətbuatımızın
yaranmasının 149-cu ildönümü tamam olur. Lerik rayon Mərkəzi
Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar
dəyirmi masa təşkil edilib.
Çıxışlarda 1875-ci ilin 22 iyulunda görkəmli
maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir
Həsən bəy Zərdabi tərəfindən əsası
qoyulan “Əkinçi” qəzetinin mətbuat salnaməmizdə
və xalqımızın milli oyanış prosesində
oynadığı roldan bəhs edilib. Vurğulanıb ki, Azərbaycan
milli mətbuatının təməlini qoyan bu qəzet, iki il
fəaliyyət göstərsə də, xalqın milli və
müasir ruhda tərbiyə olunmasında böyük bir
missiyanın öhdəsindən gəlib.
Qeyd olunub ki, bu gün müstəqillik yolu ilə
inamla irəliləyən və hərtərəfli inkişaf
edən Azərbaycanda söz və mətbuat
azadlığının təmin olunması istiqamətində
mühüm addımlar atılır, bir sıra uğurlu layihələr
həyata keçirilir.
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.4.