Türkiyənin
Demokratiya və Milli Birlik Günü Gəncədə də
qeyd edilib
Türkiyənin Gəncədəki Baş
konsulluğunun təşkilatçılığı ilə
15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar
tədbir keçirilib.
Gəncə Ekoloji Park kompleksində keçirilən
tədbirdə əvvəlcə iki qardaş ölkə şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə
və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Türkiyənin Gəncədəki baş konsulu Recep
Öztop çıxış edərək, Demokratiya və
Milli Birlik Gününün tarixi önəmindən
danışıb. Bildirib ki, 2016-cı il iyulun 15-də
Türkiyə xain dövlət çevrilişi cəhdi ilə
üzləşdi. Bununla belə, xalq bu vəziyyətə
biganə qalmadı, Prezident Rəcəb Tayyib
Ərdoğanın çağırışı ilə minlərlə
vətəndaş dövlət çevrilişinə cəhdin
qarşısını almaq üçün şəhər
meydanlarına və küçələrinə
çıxdı, Vətənini, dövlətini və
demokratiyanı müdafiə etdi. O qeyd edib ki, bu gün
türk milləti şəhid və qazilərini
şükür, minnət, rəhmət və ehtiramla
xatırlayır.
Sonra şəhidlərin xatirəsinə dualar oxunub,
Demokratiya və Milli Birlik Günü ilə bağlı
videoçarx nümayiş etdirilib.
Park kompleksinin ərazisində şəhidlərin
xatirəsinə ağac əkilib.
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.3.