20 il sonra Üzeyir bəyin evində
yeni görüş
Dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycanı
bütün dünyada tanıdan şəxsiyyətdir. Onun həyat
və yaradıcılığına bir çox ölkələrdə
dərin maraq göstərilir. Məhz bu səbəbdən hər
il Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyini ziyarət
edənlər arasında çoxlu sayda əcnəbi qonaqlar da
olur.
Azərbaycanda səfərdə olan ingiltərəli mədəniyyət
işçisi Kört Piestrip və onun həyat yoldaşı
öz amerikalı dostları ilə birgə iyulun 10-da muzeyi
ziyarət ediblər. Onlar muzeyin direktoru Xalq artisti, bəstəkar
Sərdar Fərəcovla səmimi söhbət ediblər.
Kört Piestrip iyirmi il öncə dahi Üzeyir bəyin
ölməz musiqisinin sorağı ilə Bakıya gələrkən
bəstəkarın ev-muzeyini ziyarət etdiyini, Şərqdə
ilk operanın banisinin
yaşadığı evin onda böyük maraq
oyatdığını, təəssüratının
çox zəngin olduğunu deyib. O, indiki səfərində
həmin təəssüratı bir daha
yaşadığını vurğulayaraq, muzeyin hər bir
eksponatına maraq və diqqət nümayiş etdirib.
Qonaq Üzeyir bəyin zəngin musiqi irsinin dünyada
böyük maraqla izlənildiyini və gənc bəstəkarların
yaradıcılığına təsiri haqqında da fikrini
bildirib.
Xalq artisti Sərdar Fərəcovla dostluğundan
böyük məmnuniyyət hissi duyduğunu, 20 ildən sonra
yenidən muzeydə olmaqdan qürurlandığını deyən
Kört Piestrip London Kral Opera Evinin suveniri olan fincanı muzeyə
təqdim edib.
Vəfa Bağırzadə
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə
müdiri
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.7.