İrəvan teatrının “Siluet”i
İrəvan Azərbaycan Dövlət Dram
Teatrının şair, nasir, dramaturq İmir Məmmədlinin
“Qadın” pyesi əsasında hazırladığı “Siluet”
tamaşasının premyerası olub. Tamaşa iyulun 11-də
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar
Teatrında göstərilib.
Psixoloji, mistik, qroteskvari, qeyri-səlis məntiqlə
birhissəli uydurma kimi təqdim olunan tamaşanın quruluşçu rejissoru Əməkdar
mədəniyyət işçisi İftixar Piriyevdir.
Tamaşanın musiqi tərtibatçısı Çingiz Xəlilov,
icraçı rəssamı Aygün Mahmudovadır.
Qadın, qadının Silueti, Şəhvəti və
Kişi olmaqla dörd aktyorunun oyunu olan səhnə işində
fərqli hisslər və münasibətlər fonunda
insanların hiss və həyəcanları üzərindəki
hakimiyyəti ön plana çıxır.
Rolları Xədicə Məmmədova (Qadın), Günay Əliyeva (Siluet), Pərvin
Dadaşova (Şəhvət) və Əmrulla Nurullayev
(Kişi) oynayırlar.
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.3.