Musiqili
teatrda mövsümün son nümayişləri
İyulun 18-də Azərbaycan Dövlət Akademik
Musiqili Teatrında “Paris Notr-Dama ithaf” tamaşasının
növbəti, bu mövsümdə isə son nümayişi
olacaq.
Fransız yazıçısı Viktor Hüqonun
“Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor
Samir Qulamovun səhnələşdirdiyi və quruluş
verdiyi tamaşanın bədii rəhbəri teatrın direktoru
Əməkdar incəsənət xadimi Əliqismət
Lalayevdir.
Səhnə əsərində Riçard
Konçiantenin “Notre-Dame de Paris” müziklinin musiqisindən, eləcə
də məşhur bəstəkarlar R.Ştraus, T.Albinoni,
J.Bize və S.Barberin əsərlərindən istifadə
edilib.
Teatrda mövsümün son tamaşası isə 19
iyulda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”
(quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova)
musiqili komediyası olacaq.
Mədəniyyət .- 2024.- 17 iyul,¹(53).- S.3.