Reklamlarda müəlliflik
hüququnun qorunması
İki agentlik memorandum imzalayacaq
Dövlət Reklam Agentliyi reklamlarda müəlliflik
hüququnu qorumalıdır. Əqli Mülkiyyət Agentliyi
İdarə Heyətinin sədri Kamran İmanov bu barədə
iyulun 16-da Azərbaycan Respublikası Dövlət Reklam
Agentliyi İdarə Heyətinin sədri Fərhad
Adıgözəlov ilə görüşündə deyib.
Əqli Mülkiyyət Agentliyinin fəaliyyət
istiqamətlərindən danışan Kamran İmanov qeyd edib
ki, qurum reklamlarda müəlliflik hüququnun qorunması ilə
bağlı Dövlət Reklam Agentliyinə kömək etməyə
hazırdır.
F.Adıgözəlov öz növbəsində
Dövlət Reklam Agentliyinin strukturu, ölkədə reklam fəaliyyəti
barədə danışıb, agentlikdə aparılan
islahatlar haqqında məlumat verib.
Görüşdə iki qurumun
qarşılıqlı fəaliyyət istiqamətləri, həmçinin
əməkdaşlıq perspektivləri müzakirə olunub.
Agentliklər arasında əməkdaşlıq haqqında yaxın
zamanda memorandumun imzalanması məqsədəuyğun
sayılıb.
Mədəniyyət .- 2024.- 17 iyul,№(53).- S.2.