Ağdam teatrı mövsümə
yekun vurub
Ağdam Dövlət
Dram Teatrı 101-ci mövsümə Şahnaz Şahinin
“Mübariz” əsəri əsasında hazırlanmış
eyniadlı tamaşa ilə yekun vurub.
Milli Qəhrəman Mübariz İbrahimovun (1988–2010)
şücaətindən bəhs edən tamaşanın
quruluşçu rejissoru Kərim Həsənov,
quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı
Azər Şükürov, rejissor assistenti isə Ceyhun
Yusifovdur.
Rolları teatrın aktyorları Fərhad Fərhadzadə,
Elmir Hümbətov, Nuranə Əliyeva, Qalib Abdullazadə,
Teymur Kərimov və Vüqar Mərdanov ifa ediblər.
Mədəniyyət .-2024.- 19 iyul,№(54).- S.4.