Sumqayıtda
mövsüm “Ocaq”la bitdi
İyulun 16-da Sumqayıt Dövlət Dram Teatrında
56-cı mövsümün sonuncu tamaşası
oynanıldı.
Nümayişdən öncə teatrın baş
rejissoru Xalq artisti Firudin Məhərrəmov
tamaşaçıları salamlayaraq, səhnəyə
çıxan teatrın yaradıcı heyətini təqdim
etdi. Bildirdi ki, teatr mövsümünün
açılışı kimi bağlanışı da əlamətdar
mərasimdir, üstəlik, bu həm də bir növ
kollektivin hesabatıdır. Bu mövsüm
yaradıcılıq baxımından çox uğurlu olub,
kollektiv bir çox festival və teatr bayramında iştirak
etdi.
Firudin Məhərrəmov mövsümün
uğurları arasında gənc rejissorlar Ümid Abbasın və
Fuad Cavadzadənin uğurlu yozumlarını da
vurğuladı.
Sumqayıt teatrının veteranı, Xalq artisti Məzahir
Süleymanov doğma teatrın nailiyyətlərini bu gün də
qürurla alqışladığını bildirdi və
56-cı mövsümün uğurlarla yadda
qaldığını söylədi.
Çıxışlardan sonra Turqud Özakmanın
pyesi əsasında hazırlanmış “Ocaq” tamaşası
nümayiş etdirildi.
Gülcahan
Mədəniyyət .-2024.- 19 iyul,№(54).- S.4.