“Biz gedərik... əsər
qalar yadigar” – maarifləndirici tədbir
İyulun 17-də Masallı
Tarix-Diyarşünaslıq Muzeyində “Biz gedərik, ancaq
qalar ruzigar, Biz ölərik, əsər qalar yadigar” adlı
maarifləndirici tədbir keçirilib.
Maddi mədəni irsin qorunması və təbliği
məqsədilə təşkil olunan tədbirdə
Masallı Tibb Məktəbinin müəllim və tələbələri
iştirak ediblər.
Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova
bildirib ki, əsrlər boyu dünyada yaşayan xalqların
maddi mədəni irsi üçün ən böyük təhlükələr
dağıdıcı müharibələr, insan iradəsindən
kənar təbii fəlakətlər idisə, bu gün qloballaşma
prosesləri də maddi-mənəvi irs üçün ciddi
təhdidlərə çevrilib. Ona görə də milli-mənəvi
dəyərlərin, tarixi-mədəni irsin qorunması və
təbliği, eləcə də beynəlxalq səviyyədə
mədəni irsin müdafiəsi və mühafizəsinə
dəstək hazırda bütün ölkələrin yerinə
yetirməli olduğu işdir. Ölkəmizdə tarixi, dini,
memarlıq abidələrinin qorunması, bərpası və
təbliği diqqətdə saxlanılır.
İştirakçılar muzeyə ekskursiya edərək
bölgənin maddi mədəni irs nümunələri ilə
yaxından tanış olublar.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.4.