Mətbuatımızın bayramı
münasibətilə
Astara rayon Mərkəzi Kitabxanasında 22 iyul – Milli Mətbuat
Günü münasibətilə tədbir keçirilib.
Kitabxananın direktoru vəzifəsini müvəqqəti
icra edən Emil Baxşıyev qeyd edib ki, böyük
maarifçi və ziyalı Həsən bəy Zərdabinin 22
iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti
ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı
bütün dövrlərdə həqiqət
carçısı olub, cəmiyyəti düşündürən
problemləri, dövrün mütərəqqi
ideyalarını əks etdirib. Mətbuatımız xalqın
maariflənməsində, milli və bəşəri dəyərlərin
təbliğində mühüm rol oynayıb.
“Əkinçi”nin cəmi 56 nömrəsi çap olunsa da, o,
millətin aynası olub, Azərbaycan jurnalistikasının
bayraqdarına çevrilib.
Kitabxananın xidmət şöbəsinin müdiri
Yaqut Nəzərova məruzə ilə çıxış
edərək milli mətbuatımızın keçdiyi tarixi
yol barədə məlumat verib. Digər
çıxışlarda da Azərbaycan mətbuatında
“Əkinçi”nin açdığı cığırdan bəhs
olunub.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.4.