“Şahdağ”da
qaçış festivalı
“Şahdağ” Turizm Mərkəzinin və
Dağçılıq idman klubunun birgə təşəbbüsü
ilə növbəti “Şahdağ qaçış
festivalı” təşkil edilib.
Mərkəzdən verilən məlumata görə,
ikinci dəfə keçirilən yarışın məqsədi
Azərbaycanda qaçış idman növlərini inkişaf
etdirmək, sağlam həyat tərzini təbliğ etmək
və insanlar arasında idmana marağı artırmaqdır.
İki gün davam edən yarışda 4 kateqoriya
üzrə 500-ə yaxın iştirakçı vertikal
qaçış və cığır
qaçışı üzrə birincilik uğrunda
mübarizə aparıblar.
Qaliblərə “Şahdağ” Turizm Mərkəzi və
tədbirin təşkilində iştirak edən digər təşkilatlar
tərəfindən hədiyyələr verilib, medallar təqdim
edilib.
Festival zamanı tədbirə qatılan böyüklər
və uşaqlar üçün əyləncəli
kostyumlarda müxtəlif qaçış yarışları
da təşkil olunub, musiqili proqram nümayiş etdirilib.
Mədəniyyət .-2024.- 19 iyul,№(54).- S.4.