Sərgi, tədbir, yubiley, səyyar
kitabxana...
Şəki şəhər Narınqala Folklor evində
“Yaradıcı sənayelər” layihəsi çərçivəsində,
qadınların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi
məqsədilə “Zərif qadın əlləri” adlı sərgi
keçirilib.
***
Masallı rayon Mərkəzi Kitabxanasında şair
Azad Talışoğlunun (Azad Əkbər oğlu Quliyev;
1924–2008) 100 illiyi ilə əlaqədar “Beynəlmiləlçi
və humanist şair” mövzusunda tədbir keçirilib.
Bildirilib ki, şair mənalı və dolğun ədəbi
yaradıcılıq nümunələri ərsəyə gətirib.
O, “Çiçəkli diyar”, “Ana məhəbbəti”, “Vətən
eşqi” və s. kitabların müəllifidir.
***
Astara Mərkəzi Kitabxanası Xidmət şöbəsinin
əməkdaşları “Astaralı
ziyalılarımızı tanıyaq” layihəsi çərçivəsində
rayon sakini Məmmədova Dilarə Murtuza qızına evində
kitabxana xidməti göstəriblər. Dilarə Məmmədova
uzun illər pedaqoji fəaliyyətlə məşğul olub.
Eyni zamanda ədəbi əsərlər qələmə
alıb. “Tənha çiçəklər”, “Qartal nə
üçün qıy vurur”, “Sevgi fəryadı”, “Səni
düşünürəm”, “O tayda yarım qalıb” kimi nəsr
nümunələri və şeirlərdən ibarət
kitabların müəllifidir.
***
Biləsuvar Dövlət Rəsm Qalereyasında
“Dünyamızı yaşıllaşdıraq” adlı rəsm
sərgisi açılıb. “Yaşıl dünya naminə həmrəylik
ili” çərçivəsində təşkil olunan sərgidə
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis
müavini Emin Mustafayev, mədəniyyət işçiləri,
rəssamlar və ictimaiyyət nümayəndələri
iştirak ediblər. Sərgidə qalereyanın dərnək
üzvlərinin çəkdikləri əsərlər yer
alıb. Sonda sərgidə iştirak edənlərə fəxri
fərman təqdim edilib.
***
Astara Dövlət Rəsm Qalereyasında rəssamlıq
dərnəyinin fəal üzvləri üçün
açıq havada sərgi-plener təşkil edilib. Rəssam
F.Quliyevin təşkilatçılığı ilə
keçirilən və 10 şagirdin iştirak etdiyi sərgi-plenerdə
yağlı, akrilik və sulu boya vasitəsilə kətan, eləcə
də kağız üzərində mənzərələr əks
olunub.
***
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli
yazıçı, dramaturq, mətbuat xadimi, pedaqoq Cəlil Məmmədquluzadənin
(1869–1932) anadan olmasının 155 illiyi ilə əlaqədar tədbir
keçirilib. Çıxışlarda qeyd olunub ki, Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatında kiçik həcmli hekayənin
böyük ustadıdır. Qori Müəllimlər
Seminariyasını bitirən ədib bir müddət İrəvan
quberniyasının kəndlərində müəllimlik edib.
İlk bədii əsəri sayılan “Çay dəsgahı”
alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” povestini
bu dövrdə qələmə alıb. Ömər Faiq
Nemanzadə ilə birlikdə “Molla Nəsrəddin”
jurnalını təsis etməklə güclü mətbuat ənənəsi
yaradıb. Onun “Ölülər” tragikomediyası, “Anamın
kitabı”, “Dəli yığıncağı” və digər
pyesləri Azərbaycan ədəbiyyatının qiymətli
nümunələrindəndir.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.4.