Kitabxanada inklüziv
mühit – əl işləri sərgisi
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasında növbəti sərgi açılıb. Budəfəki
sərgidə həvəskar rəssam Ülkər Baxışovanın
əl işləri nümayiş olunur.
Ülkər Baxışova 1987-ci ildə Ağdaş
rayonunun Dəhnəxəlil kəndində anadan olub. Orta təhsilini
həmin kənddə alıb. Fiziki məhdudiyyətli olsa da,
çalışmağa, sənətə, yaratmağa
böyük həvəsi var.
O, əlillər üçün peşə məktəbində
kompüter dizaynı ixtisası üzrə təhsil alıb,
həmçinin rəsm kursunu bitirib. Bundan başqa,
toxumağı və tikməyi də öyrənib. Müxtəlif
mövzularda əl işləri
ilə çoxsaylı sərgilərdə iştirak
edib. Saplarla işləmək, kətan üzərində rəsmlər
çəkmək ruhunun təcəssümüdür.
Rəsm əsərlərini yaradarkən müxtəlif
mövzulara toxunur, ən çox isə Azərbaycanın qədim
incəsənətini yeni, modern üslubda yansıdaraq işləməyi
sevir.
Sərgidə rəssamın “Naməlum qadın”, “İstanbul. Ayasofya məbədi”,
“Bakımız”, “Qədim Qobustan. Yallı”, “Quşların
eşqi”, “Üzüm səbəti”, “Rəqqasə” və
“Qoşa minarəli məscid (Əmircan)” adlı əl işləri
nümayiş olunur.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.7.