Məşhur səyyahın
əsəri ana dilimizdə çapdan çıxıb
Azərbaycanlı səyyah, coğrafiyaçı,
tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin
Şirvaninin (1780–1838) “Səyahət bağları” (“Riyaz əs-siyahət”)
əsərinin II hissəsinin I cildi ana dilimizdə çap
olunub.
Əsəri farscadan Azərbaycan dilinə AMEA-nın
akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutu İran tarixi və iqtisadiyyatı şöbəsinin
elmi işçisi Şahin Yəhyayev tərcümə edib.
Kitabın elmi redaktoru coğrafiya elmləri doktoru,
professor Zakir Eminov, rəyçiləri tarix elmləri doktoru,
professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur.
Qeyd edək ki, Hacı Zeynalabdin Şirvaninin ilk əsəri
olan “Səyahət bağları” görkəmli tarixçi,
şair, ictimai xadim Abbasqulu ağa Bakıxanovun diqqətini cəlb
edib və onu “zəngin və faydalı xəzinə”
adlandırıb. Akademik B.A.Dorn “Səyahət
bağları”nı “ən yaxşı kamil mənbə” və
Çarlz Rio isə “tarixi və bioqrafik məlumatlarla zəngin
olan coğrafi bir əsər” adlandırıb. Şərqşünas
N.B.Xanıkov, maarifçi, ədəbiyyatşünas
F.Köçərli, səyyah N.Mikluxa-Maklay, şərqşünas
Anri Massen də əsəri yüksək qiymətləndirib.
Müəllif əsərin ikinci hissəsini 1827-ci ildə
Şiraz şəhərində tamamlayıb.
546 səhifədən ibarət “Səyahət
bağları” tarixçilər, etnoqraflar,
coğrafiyaşünaslar, dinşünaslar və digər
ixtisas sahibləri üçün mühüm mənbə
ola bilər.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.6.