MEK-də istifadəçilər
üçün xidmətlər
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) rəqəmsallaşdırma
sahəsində görülən işlər sayəsində
elektron kitab bazası zənginləşir.
Kitabxanadan bildirilib ki, Reproqrafiya şöbəsi
istifadəçilərin müasir informasiya sistemindən
yararlanmasını təmin etmək üçün
xüsusi xidmətlər təklif edir. Almaniya istehsalı olan
xüsusi “By Metis” və “Zeutschel” aparatları vasitəsilə
hər növ çap məhsullarını rəqəmsallaşdırmaq
mümkündür. Bu, istifadəçilərə daha
geniş və rahat şəkildə elmi materiallara
çıxış imkanı yaradır.
Son bir neçə ay ərzində çoxlu sayda
kitab, məqalə və avtoreferat konvertasiya olunaraq PDF
formatında MEK-in bazasında yerləşdirilib. Həmçinin
Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini əks
etdirən kitablar, dahi Azərbaycan şairi və mütəfəkkiri
Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi
münasibətilə ədəbiyyatlar, Azərbaycan Xalq
Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd
Əmin Rəsulzadə haqqında kitablar, Qarabağ müharibəsi
iştirakçıları və şəhidləri
haqqında kitab, müxtəlif mövzulara aid xarici və Azərbaycan
dillərində ədəbiyyat nümunələri rəqəmsallaşdırılaraq
elektron bazaya daxil edilib.
Rəqəmsallaşdırma işlərinin həyata
keçirilməsi MEK-in informasiya təminatında müasir
texnologiyalardan istifadəyə geniş imkanlar açır.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.7.