İllər öncə qəzetlər
nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (21)
Qızmar yay günlərində insanların ən
çox ehtiyac duyduğu istirahətdir. Mədəni istirahət
imkanı olarsa – daha da yaxşı. Belə bir imkanın təmin
edilməsi isə mədəniyyət ocaqlarının fəaliyyəti,
tarixi-mədəni irs məkanlarındakı şərait və
göstərilən xidmət səviyyəsi ilə bilavasitə
bağlıdır.
Mətbuat xronikasından növbəti seçməmiz
76 il əvvələ aid olsa da, problem elə
günümnüzdə də aktualdır. 46 il əvvələ
aid digər bir mətbu qeyd də elə bil indi
yazılıb...
Seçmələrdə dövrün orfoqrafiyası
saxlanılıb...
Zəhmətkeşlərin mədəni istirahətinə
diqqət ayrılmalı
Bakı zəhmətkeşləri yayda öz istirahət
vaxtlarını Buzovnada keçirirlər. Xüsusilə
istirahət günlərində on minlərlə adam burada, dəniz
kənarında, bağlarda və istirahət evlərində
dincəlir. Lakin zəhmətkeşlərin mədəni
istirahətini təmin etmək üçün burada lazımı
şərait yaradılmayıb. Buzovnada nə idman
meydançası, nə kinoteatr, nə də klub yoxdur. Buzovna
mədəniyyət sarayının təmirinə ötən
il 20.000 manat pul buraxılıb. Təmirin keyfiyyətinə
fikir verilmədiyindən mədəniyyət evinin qapı və
pəncərələri indidən sınmış, dəhlizi
uçmuşdur. Sarayın gözəl bağçası
baxımsızlıq üzündən bərbad hala
düşmüşdür
Rayon mədəni-maarif şöbəsi keçən
il Azərbaycan kinolaşdırma idarəsinin Maştağa
şöbəsilə müqavilə bağlayaraq ayda azı
20 dəfə kino göstərilməsini qərara
almışdır. Son zamanlar isə bir dəfə də olsun
kino göstərilməmişdir. Əlaqədar təşkilatlar
bu nöqsanları gördükləri halda nədənsə
susur, əllərini ağdan-qaraya vurmaq istəmirlər.
“Kommunist” qəzeti, 18 iyul 1948-ci il
Tarixi abidələri hamı qorumalıdır
Şəhərimizin müxtəlif guşələrindəki,
habelə Abşeronun tarixi abidələri turistlərin hədsiz
marağına səbəb olur. Bakının qonaqları bu
abidələrə, milli ornamentlə naxışlanmış
binalara həvəslə baxırlar. Belə abidələri
hamılıqla mühafizə edilməli, onların
korlanmasına qarşı hər bir sakin ciddi mübarizə
aparmalıdır.
Təəssüf ki, gərgin zəhmət və xeyli
vəsait hesabına bu binaların fasadlarında düzəldilmiş
naxışlar bəzən təmir işləri aparılarkən
lazımsız bir iş kimi qoparılıb atılır. Belə
hallara əsla yol verilməməlidir.
“Bakı” qəzeti, 27 iyul 1978-ci i
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.6.