Şuşada
Qarabağ milli geyimlərinin sərgisi
Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinin təşkilatçılığı ilə
Qarabağ milli geyimlərinin sərgisi açılıb. Sərgidə
XVIII–XIX əsrlərdə Qarabağ bəyləri və
xanımlarına məxsus geyimlərin eskizləri əsasında
hazırlanmış geyimlər nümayiş olunur.
Xanlıq Muxtar karvansarasında (“Güllü
bağça” ilə üzbəüz) təşkil olunan sərgi
iyulun 16-dan etibarən hər gün ziyarət
üçün açıqdır.
Qeyd edək ki, eyni məkanda “Qarabağ tarixi fotolarda”
adlı sərgi də təşkil edilib. Sərgidə
1880–1970-ci illərdə Qarabağda azərbaycanlı
fotoqraflarla yanaşı, ölkəmizdə yaşamış
rus, yəhudi əsilli fotoqraflar tərəfindən çəkilmiş
nadir şəkillər yer alır. Fotolar “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin
fonduna məxsusdur.
Xanlıq Muxtar karvansarasındakı bu sərgi avqustun
12-dək davam edəcək.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.3.