“Qonağımız
var”da bu dəfə kim var?
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin təşkilatçılığı ilə
həyata keçirilən “Qonağımız var” layihəsi
davam edir. Layihənin məqsədi əhalinin asudə
vaxtının səmərəli təşkil olunması, ədəbiyyat
və incəsənət xadimləri ilə görüşlərlə
insanların bədii-estetik zövqünün
formalaşmasına şərait yaratmaqdır.
Layihə çərçivəsində Xətai
rayon Heydər Əliyev parkında tanınmış aktrisa,
aparıcı, Əməkdar artist Dilarə Əliyeva ilə
görüş olub.
Dilarə Əliyevanın həyat və fəaliyyəti
haqqında məlumat verilib. Aktrisanın tamaşa və filmlərdə
canlandırdığı obrazlardan, habelə televiziya layihələrindən
və uğurlarından danışılıb.
Görüş zamanı aktrisanın rol
aldığı tamaşalardan fraqmentlər nümayiş
olunub.
Mədəniyyət .-2024.- 19 iyul,№(54).- S.3.