Cahangir Cahangirov adına Xor Gürcüstanda
festivalda qalib olub
Gürcü Folkloru və Klassik Musiqi
İttifaqının təşkilatçılığı
ilə 5-12 iyul tarixlərində Batumi şəhərində
Klassik musiqi ifaçılarının VI beynəlxalq “Word
Harmony” müsabiqə-festivalı keçirilib. Tədbirdə
ölkəmiz də musiqi kollektivləri ilə təmsil
olunub.
Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov
adına Xoru müsabiqə-festivalda I yerə layiq
görülüb və laureat diplomu ilə təltif edilib.
Xorun bədii rəhbəri Əməkdar müəllim
Təranə Yusifova bildirib ki, festivalın
açılış günü kollektiv dörd əsərlə
çıxış edib. Azərbaycan xalq mahnılarından
ibarət işləmələr, muğamın xarici ölkə
bəstəkarlarının əsərləri ilə sintez
şəklində təqdimatı böyük maraqla
qarşılanıb.
Münsiflər heyəti xoru müsabiqə-festivalın
qala-konsertinə də dəvət edib. Təmsilçilərimiz
həmin gecədə “Turacı” xalq rəqsinə işləmə
və “Qızım” xalq mahnısının muğamla sintezini
ifa ediblər.
Qeyd edək ki, festivalın əsas məqsədi
ölkələrin milli mədəniyyətlərinin təbliği,
gənclərin dünyagörüşünün və
intellektual səviyyələrinin inkişaf etdirilməsidir.
Layihə yeni istedadların tanıdılmasına və gənclər
arasında təcrübə mübadiləsinə də xidmət
edir.
Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.1.