Milli Dram Teatrında “İblis və...”

 

Yeni tamaşaya daxili baxış keçirilib

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis və...” tamaşasına daxili baxış keçirilib.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Görkəmli dramaturq Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadram kimi müəyyən olunub.

Teatrdan bildirilib ki, səhnə əsəri bədii şuranın müzakirəsindən sonra qəbul olunub.

Tamaşanın premyerasının sentyabrda Aleksandrinski Teatrında (Sankt-Peterburq) reallaşması nəzərdə tutulub. Səhnə əsəri Akademik Milli Dram Teatrının səhnəsində isə  4-6 oktyabrda tamaşaçıların ixtiyarına veriləcək.

 

Mədəniyyət .-2024.- 19 iyul,¹(54).- S.3.