Ağstafada Paleolit
dövrünə aid yeni tapıntılar
AMEA Arxeologiya və Antropologiya İnstitutunun paleolit
arxeoloji ekspedisiyasının Qazax və Ağstafa rayonu ərazisində
apardığı kəşfiyyat işləri zamanı
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət
Qoruğunun ərazisində Orta Paleolit dövrünə aid
yeni tapıntı yeri aşkar olunub.
Adıçəkilən dövrə aid daş məmulatların
aşkar olunduğu ərazi, şərti olaraq “Candar göl
Paleolit tapıntı yeri” kimi qeydə alınıb.
Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə
doktoru Yaqub Məmmədovun sözlərinə görə,
tapıntılar qəlpələrdən, lövhələrdən
və nukleuslardan (daş alətlərin istehsalı zamanı
qopan qəlpələr) ibarətdir.
“Tapıntıların arasında daha çox diqqəti
cəlb edən levallua (arxeoloji daş sənayesi) nukleusun və
levallua qəlpəsinin olmasıdır. Bunlar onu göstərir
ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə
aid Paleolit tapıntı yerini aşkar etmişik”, – deyə Y.Məmmədov
bildirib.
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.4.