“Rənglərin sehri” – gənc rəssamın fərdi sərgisi

 

Siyəzən rayon Heydər Əliyev Mərkəzinin rəsm qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülviyyə Mehtiyevanın “Rənglərin sehri” adlı fərdi sərgisi təşkil edilib.

Sərgidə gənc rəssamın kətan üzərində yağlı boya ilə işlədiyi və əsasən təbiət mövzularını əks etdirən 20-yə yaxın rəsm əsəri nümayiş olunub.

Çıxış edənlər əl işlərini dəyərləndirib, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Sonda rəssama fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib. Tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.4.