Şahin Növrəsli Fransada caz
festivalının qonağı olub
Fransanın Marsiak şəhərində 46-cı caz
festivalı dünyanın nüfuzlu sənətçilərini
bir araya gətirib. Azərbaycanlı caz pianoçusu, Əməkdar
artist Şahin Növrəsli festivalın xüsusi
qonağı olub.
Festival çərçivəsində Ş.Növrəsli
amerikalı caz ustası, pianoçu, bəstəkar və
pedaqoq Əhməd Camalın (Frederik Rassel Cons) xatirəsinə
həsr edilmiş konsertindən əvvəl Areta Franklin
Kollecinin şagirdləri ilə görüşüb. Onun gənc
musiqiçilər üçün ustad dərsi təşkil
olunub.
Builki Marsiak caz festivalında məşhur pianoçu
Əhməd Camalın vəfatının
ildönümünün qeyd edilməsi yaddaqalan anlardan olub.
1930-cu ildə Pittsburq şəhərində (Pensilvaniya
ştatı) anadan olan cazmen 1950-ci ildə Çikaqoya
köçüb, orada İslamı qəbul edib və
adını Əhməd Camal olaraq dəyişdirib. 2023-cü
ildə vəfat edib.
Qeyd edək ki, Marsiak caz festivalının mahiyyəti
onun eklektik və ruhlandırıcı proqramı ilə
sübut olunduğu kimi, sərhədləri aşmaq
bacarığındadır.
Festival avqustun 4-dək davam edəcək.
Mədəniyyət .- 2024.-26 iyul, №55-56.- S.8.