“Şirvanşahların səsi”
Mədəniyyət Nazirliyi və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə
təşkilatçılığı ilə reallaşan
“Şirvanşahların səsi” layihəsi çərçivəsində
növbəti konsert proqramı keçirilib.
Layihənin məqsədi Azərbaycan musiqisini Bakı
sakinlərinə və qonaqlara, qədim İçərişəhərin
ziyarətçilərinə təbliğ etməkdir.
Şirvanşahlar sarayı kompleksində keçirilən
konsertdə Beynəlxalq Muğam Mərkəzinin tabeliyində
fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor
(bədii rəhbər Əməkdar müəllim Təranə
Yusifova) çıxış edib.
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.1.