Özbəkistanla mədəni
əlaqələrin perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli 20-23 iyul tarixlərində Özbək
Kinosu Günləri çərçivəsində Bakıda
səfərdə olan Özbəkistan mədəniyyət
nazirinin birinci müavini Avazxon Tadjixanovla
görüşüb.
Söhbət zamanı iki ölkə arasında mədəniyyət
sahəsində əməkdaşlıq barədə söhbət
açılıb. Kino, teatr, təhsil, qeyri-maddi mədəni
irs sahələrində əməkdaşlığın gələcəkdə
də səmərəli olacağına əminlik ifadə olunub.
Görüş barədə özbək tərəfin
yaydığı məlumata görə, həmçinin
TÜRKSOY-un himayəsi ilə çəkilməsi
planlaşdırılan “Molla Nəsrəddin. Çətin
günlərimin dostu” bədii filminin ssenarisi ilə
bağlı məsələyə toxunulub.
Bundan əlavə, “Əlişir Nəvai və
Füzuli” və “Maqsud Şeyxzadə” filmlərinin birgə
çəkilişi perspektivləri nəzərdən
keçirilib.
Sonda xatirə hədiyyələri təqdim edilib.
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.3.