Kuklaçılar Cocuq Mərcanlıda
balacaları sevindiriblər
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində
1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü
münasibətilə tədbir keçirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi
Nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
təşkilatçılığı ilə keçirilən
tədbirdə Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri
və “Oyuq” uşaq teatrının yetirmələri maraqlı
proqramla çıxış ediblər.
Teatrın repertuarındakı “Cırtdan”,
“Göyçək Fatma” və “Qırmızıpapaq”
tamaşalarından səhnəciklər göstərilib.
Balaca ifaçıların təqdimatında vətənpərvər
ruhlu nəğmələrdən ibarət “Cənnətim
Qarabağ” adlı konsert proqramı da təqdim olunub.
Bayram tədbirində iştirak edən uşaqlara hədiyyələr
verilib.
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.4.