COP29-un müxtəlif
aspektləri – maarifləndirici tədbir
İyunun 3-də Masallı Tarix-Diyarşünaslıq
Muzeyi, Masallı Dövlət Regional Kolleci və Regional
meşə təsərrüfatı mərkəzinin birgə əməkdaşlığı
ilə “COP29-un müxtəlif aspektləri və qlobal iqlim
gündəliyi” mövzusunda tədbir keçirilib.
Kollecdə keçirilən tədbirdə direktor
müavini Dilarə Hüseynova, rayon
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə
Tağıyeva, 11 saylı Meşə təsərrüfatı
mərkəzinin direktor müavini Elgün Əliyev və
kollecin müəllimi Xatirə Məmmədova
çıxış ediblər.
Bildirilib ki, bu ilin noyabrında ölkəmizdə
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası Tərəflər Konfransının 29-cu
sessiyası (COP29) keçiriləcək. COP29 iqlim dəyişikliyi
ilə mübarizədə dünyanın ən əhəmiyyətli
tədbiridir və bu tədbirə Azərbaycanın ev sahibi
seçilməsi ölkəmizə olan yüksək
etimadın göstəricisidir.
Tələbələri maraqlandıran suallar
cavablandırılıb.
Mədəniyyət.- 2024.- 5 iyun,№41.- S.4.