Mütaliə mədəniyyətinin inkişafı üçün əməkdaşlıq

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihə çərçivəsində Neftçala rayon Mərkəzi Kitabxanasında tədbir təşkil olunub.

Layihənin rəhbəri Adilə Nəzərova mövzu ilə bağlı məlumat verib. Qeyd olunub ki, mütaliə mədəniyyəti dərslərdə qərar vermə, əsaslandırma və yaradıcı düşünmə kimi zehni fəaliyyətləri inkişaf etdirir

Layihə üzrə təlimçi Həcər Paşayeva bildirib ki, müasir oxucu oxu mədəniyyətini yüksəltmək üçün informasiya texnologiyalarından da lazımi şəkildə faydalana bilməlidir. Bu məqsədlə uşaq, yeniyetmə və gənclərin təhsil prosesindəki oxu vərdişinə vahid bir anlayışla yanaşılmalıdır.

Tədbir iştirakçılarının mövzu ilə bağlı fikirləri dinlənilib, müzakirə aparılıb

 

Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.4.