Musiqi məktəbinin
sənət hesabatı
L. və M.Rostropoviçlər adına 21 nömrəli
Musiqi məktəbinin ənənəvi hesabat konserti mayın
31-də Beynəlxalq Muğam Mərkəzində
keçirilib.
Əvvəlcə məktəbin direktoru Məmməd
Quliyev çıxış edərək deyib ki, bu ilin ilk
hesabat konserti Bakı Musiqi Akademiyasında təşkil olunub.
Konsertlərdə məktəbin ən istedadlı şagirdləri
çıxış edirlər. Onların sırasında beynəlxalq
və respublika müsabiqələri laureatları var. Bu
cür konsertlərin təşkili gənclər
üçün təcrübə məktəbidir.
Sonra şagirdlər səhnəyə
çıxıblar. Konsert proqramında Azərbaycan və
Avropa bəstəkarlarının əsərləri səslənib.
Fortepiano, violin, fleyta, qarmon, arfa, tar, kamança, qanun,
nağara alətləri üzrə təhsil alan şagirdlərin
rəngarəng çıxışları alqışlarla
qarşılanıb.
Konsert məktəbin xalq çalğı alətləri
ansamblının ifasında Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasından musiqi və “Heyratı”
kompozisiyası ilə yekunlaşıb.
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.5.