Gənc rejissorun filmi
Türkiyədə mükafat qazanıb
Gənc rejissor Elvin Adıgözəlin ssenari müəllifi
və rejissoru olduğu “Bağışla məni bu gecə”
qısametrajlı bədii filmi Sivas Beynəlxalq Film
Festivalında (Türkiyə) “Ən yaxşı film”
kateqoriyasında mükafat qazanıb.
Ziya Ağa, Aydan Həsənova, Kamran Ağabalayev,
İlqarə Tosovanın çəkildiyi filmin prodüseri
Maria Yatskovadır.
Ekran işi ət fabrikində işləyən
Fuadın aliment ödəməmək üçün
keçmiş həyat yoldaşı ilə barışmaq istəyindən
bəhs edir. Mənəvi-sosial problemləri maddi maraqlar fonunda
ortaya qoyan film müasir insanın ümumi problemlərini
konkret qəhrəmanların simasında təqdimata cəhddir.
Mükafat festivalda iştirak edən aktrisa İlqarə
Tosovaya təqdim edilib.
Mədəniyyət.- 2024.- 5 iyun,№41.- S.8.