Tanınmış mədəniyyət
işçisi Rauf Məlikzadə vəfat edib
Tanınmış mədəniyyət işçisi,
uzun illər Azərbaycan Dövlət Rəsm Qalereyasında
çalışmış Rauf Məlikzadə mayın 31-də,
72 yaşında vəfat edib.
Rauf Mirzəbəy oğlu Məlikzadə 4 iyun 1952-ci
ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Mədəni-maarif fakültəsinə daxil
olub, 1976-cı ildə institutu mədəni-maarif
işçisi ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan
Teatr Cəmiyyətində (indiki Teatr Xadimləri
İttifaqı) başlayıb. 1978-ci ildə
“İnşaatçılar” Mədəniyyət Sarayında
Kütləvi işlər şöbəsinin müdiri vəzifəsində
işləyıb. 1979-cu ildən Respublika Xalq
Yaradıcılığı Evində metodist, 1982-ci ildən
“Aygün” Məişət Birliyində sahə ustası vəzifəsində
çalışıb.
1986 – 2022-ci illərdə Azərbaycan Dövlət Rəsm
Qalereyasında müxtəlif vəzifələrdə işləyib,
o cümlədən qalereyanın direktor müavini kimi təsviri
sənətlə bağlı bir çox layihə və tədbirlərin
həyata keçirilməsində yaxından iştirak edib.
Rauf Məlikzadənin xatirəsi iş
yoldaşlarının, onu tanıyanların qəlbində
yaşayacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyasının
kollektivi Rauf Məlikzadənin vəfatı ilə əlaqədar
mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.6.