Ədəbiyyat və
folklorumuzun yorulmaz tədqiqatçısı
Səttar Axundov istedadlı yazıçı-dramaturq
kimi də tanınıb
Xalq yaddaşının öyrənilməsi bir ulusun
adət-ənənələrinə, deyim-duyumuna,
bütövlükdə etnik-mədəni sisteminə
işıq salmaq deməkdir. Dramaturq, folklorşünas Səttar
Axundov da bədii əsərləri ilə yanaşı, xalq
aşıq şeirinin öyrənilməsi və nəşri
sahəsində diqqətəlayiq fəaliyyət göstərib.
Tanınmış ziyalını anadan olmasının 110
illiyi münasibətilə yada saldıq.
Səttar Mirzə Əli oğlu Axundov 1914-cü ildə
indiki Füzuli rayonunun Àlõànlı kəndində ruhani ailəsində
dünyaya göz açıb. İlk təhsilini molla məktəbində
alıb. Atası 1923-cü ildə gözlənilmədən
vəfat edir. Səttar anasının və böyük
qardaşının himayəsində böyüyür. Orta məktəbi
bitirdikdən sonra Pedaqoji İnstitutun (indiki ADPU) Dil və ədəbiyyat
şöbəsinə qəbul olunur. Ali təhsilini başa
vurduqdan sonra Bakı şəhərində Respublika Xalq
Yaradıcılığı Evində əmək fəaliyyətinə
başlayır. 1939-cu ilin payızında ordu sıralarına
çağırılır. II Dünya müharibəsinin
iştirakçısı olur. Ordudan tərxis olunduqdan sonra əvvəlki
iş yerinə qayıdır. Ədəbi
yaradıcılıqla yanaşı, folklor nümunələrini,
xüsusilə aşıq yaradıcılığını
araşdırır.
Səttar Axundov ədəbiyyata “Çətin dərə”
adlı əsəri ilə gəlir. Müharibə illərində
azərbaycanlı gənclərin ön cəbhədə
göstərdiyi qəhrəmanlıqlardan bəhs edən əsər
1942–1943-cü illərdə Dövlət Gənc
Tamaşaçılar Teatrında səhnələşdirilib,
sənətsevərlər tərəfindən maraqla
qarşılanıb. İlk pyesinin uğurlu səhnə taleyi
onun dramaturgiyaya marağını daha da artırır.
Bir-birinin ardınca “Qayğı”, “Dostlar”, “Məhəbbət
nişanəsi”, “Düşərgədə nişan”, “Məzəlizadələr”,
“Almasın qızları”, “El gücü, sel gücü”,
“Nişan üzüyü” və başqa pyeslərini qələmə
alıb. Bu əsərlər Naxçıvan, Gəncə,
Ağdam, Xankəndi, Mingəçevir və Lənkəran
teatrlarında müvəffəqiyyətlə
tamaşaçılara təqdim edilib. “Zərif tellər” əsəri
isə Akademik Milli Dram Teatrında oynanılıb.
Araşdırmalardan məlum olur ki, respublikanın əksər
bölgələrinin dövlət və xalq teatrlarında
onun 35 əsəri tamaşaya qoyulub.
Uzun müddət Respublika Xalq
Yaradıcılığı Evində
çalışması Səttar Àõundîvu özfəaliyyət
tåàtrlàrınà daha çox yàõınlàşdırır. Î
kiçik həcmli pyeslərini qələmə alarkən
ràyîn mərkəzlərindəki klub və mədəniyyət
evlərinin səhnə imkànlàrını, hàbålə həvəskar
artistlərin ifaçılıq səviyyəsini nəzərə
alıb. Bir çîõ şəhər və qəsəbələrin
özfəaliyyət kollektivləri S.Àõundîvun əsərlərini
səhnələşdirərək zəhmətkeşlər
qarşısında nümayiş etdiriblər.
Müəllif uğurlu nəsr nümunələri də
qələmə alıb. “Araz əfsanəsi”, “Güllü
xalça” hekayələri qədim
xalçaçılıq sənətindən bəhs edir.
S.Axundov bədii yaradıcılıqla elmi
araşdırmalarını paralel şəkildə aparıb.
Aşıq Teymur, aşıq Ədhəm, Şeyda Əziz və
başqalarının yaradıcılığını təhlil
süzgəcindən keçirib. O, eyni zamanda Q.Zakir, M.S.Sabahi,
M.P.Vaqif, Aşıq Pəri, Həsən Əli oğlunun bir
neçə şeirinin yer aldığı,
tanınmış şair və tarixçi-salnaməçi
Mir Mehdi Xəzaninin şeirlər dəftərini aşkara
çıxararaq tədqiqata cəlb edib. S.Àõundîv ümumilikdə,
150 min misra aşıq şåiri, bàyàtı, àtàlàr sözü, 15
dàstàn, yüzə yaxın nàğıl və s. tîplàyıb nəşr
etdirib. “Àşıqlàr”, “Dəniz hàqqındà nəğmə”,
“Çîbàn Əfqàn”, “Àşıq Bilàl” və s. kitàblàrı
elmi ictimaiyyət və oxucular tərəfindən maraqla
qarşılanıb. Tədqiqatçının min bir zəhmətlə
toplayıb qoruduğu arxiv sənədləri arasında
1961-ci ildə keçirilmiş Azərbaycan
aşıqlarının III qurultayının materialları da
böyük əhəmiyyət kəsb edir. S.Axundovun yazar və
folklorşünaslıq fəaliyyəti Xalq
yazıçısı Mehdi Hüseynin diqqətindən
yayınmayıb. Yazıçı, xüsusilə, onun “Araz əfsanəsi”
povestini yüksək dəyərləndirib.
Həyatını bədii yaradıcılığa və
xalq yaradıcılığının öyrənilməsinə
həsr edən Səttar Axundov 11 sentyabr 1994-cü ildə, 80
yaşında dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.6.