Daim müasir qalan
klassika
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrında daha bir
tamaşanın məşqləri gedir. Cəlil Məmmədquluzadənin
“Ölülər” əsərinə yeni səhnə
quruluşunu teatrın gənc baş rejissoru Mir Qabil Əkbərov
verir.
Tamaşanın ikinci rejissoru muxtar respublikanın
Əməkdar artisti Səməd Canbaxşiyev (o həm də
tamaşada rol alıb), səhnə tərtibatçısı
Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov,
musiqi tərtibatçısı Naxçıvan MR-in Əməkdar
artisti Azər Cəfərli, rejissor assistenti Mehri Nəbiyevadır.
Şeyx Nəsrullah rolunu Xalq artisti Rövşən
Hüseynov, Kefli İsgəndəri aktyor Məmməd Mehdiyev
oynayır. Bundan əlavə, tamaşada Xalq artistləri Rza Xudiyev,
Yasəmən Ramazanova, Azərbaycanın Əməkdar artistləri
Bəhruz Haxverdiyev, Əbülfəz İmanov,
Naxçıvan MR-in Əməkdar artisti Günay Qurbanova,
aktyorlar Nəsimi Məmmədzadə, Uğur Nəsirli,
Ələsgər Quliyev, Anar Eyvazov, Saynur Babayev, Şölə
Alışova, Ləman Vəliyeva və başqaları rol
alıblar.
Mədəniyyət.- 2024.-7 iyun,№42.- S.4.