Ədiblərin xatirəsi
anılıb
Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət
Mərkəzi Xalq şairi Hüseyn Arifin (1924–1992) anadan
olmasının 100 illiyi münasibətilə tədbir təşkil
edib.
Tədbirin aparıcısı şairin ömür
yolundan, yaradıcılığından söz açıb.
Əməkdar mədəniyyət işçisi,
Yazıçılar Birliyinin üzvü, şair Məzahir
Hüseynzadə Hüseyn Arif haqqında xatirələrini
bölüşüb.
Bədii hissə müğənnilərin ifasında
şairin sözlərinə bəstələnmiş
mahnılarla davam edib.
Aşıqların ifa etdikləri saz havaları da
alqışlarla qarşılanıb.
İştirakçılar Şəmkir rayon MKS-nin təşkil
etdiyi “Hüseyn Arif – 100” adlı kitab sərgisi ilə
tanış olublar.
***
Tovuz rayon Mərkəzi Kitabxanasında isə Xalq
şairi Vaqif Səmədoğlunun (1939–2015) 85 illiyi ilə əlaqədar
sərgi və əsərlərinin biblioqrafik icmalı təşkil
edilib.
Tədbirdə Vaqif Səmədoğlunun
yaradıcılığından söhbət
açılıb. Vurğulanıb ki, ədibin özünəməxsus
fərqli yumoru, üslubu, əsərlərində xalq ləhcəsindən,
şivəsindən məharətlə istifadə etməsi
oxucularda böyük maraq doğurur. Onun “Külək”,
“Generalın son əmri”, “Yaşıl eynəkli adam”, “Bəxt
üzüyü”, “Yayda qartopu oyunu” və digər əsərləri
geniş oxucu kütləsini özünə cəlb edib.
Mədəniyyət.- 2024.-7 iyun,№42.- S.4.