Müşfiqin
doğum günü Xızıda qeyd edilib
XX əsr Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, 30-cu illər repressiyasının
qurbanı olan Mikayıl Müşfiqin (1908–1938) doğum
günü (5 iyun) Xızıda qeyd edilib.
Nakam şairi anmağa gələnlər rayonun Sayadlar
kəndində, Mikayıl Müşfiqin Xatirə Muzeyinin
qarşısında toplaşıblar. M.Müşfiqin
büstü önündə keçirilən tədbirdə
şairlər, yazıçılar, elm və incəsənət
xadimləri ölməz şairin həyat və
yaradıcılığı haqqında danışıb,
görkəmli söz ustasının ədəbiyyatımızda
tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən
söhbət açıblar.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə
qızıl hərflərlə yazdırmağı bacaran
Müşfiqin şeirləri yaşlı nəsillə bərabər,
gənclərin də dillər əzbəridir. Müəllifin
“Yenə o bağ olaydı”, “Oxu, tar!” və bir sıra
başqa şeirləri poeziya xəzinəmizin inciləri
sırasındadır.
Tədbirdə Xızı rayon məktəbliləri
nakam şairin bir sıra şeirlərini səsləndirib,
yerli incəsənət nümayəndələri musiqilər
ifa ediblər.
Mədəniyyət.- 2024.-7 iyun,№42.- S.4.