“Hophopnamə” kitab mərkəzində
növbəti görüş
Sabirabaddakı “Hophopnamə” kitab mərkəzində
millət vəkili, yazıçı-publisist Aqil Abbas və
tanınmış jurnalist, yazar, “Bizim yol” qəzetinin və
saytının baş redaktoru Bahəddin Həzi ilə
oxucuların görüşü keçirilib.
Tədbir Mil-Muğan RMİ və Mil-Muğan
RGİİ-nin birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Görüşdə Sabirabad rayon icra
başçısının birinci müavini Həsən Həsənov,
Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət
işçiləri, rayon ictimaiyyətinin nümayəndələri
və gənclər iştirak ediblər.
Tədbirin moderatoru Kənan Səmədov yazarlar
haqqında məlumat verib.
Aqil Abbas və Bahəddin Həzi Azərbaycanın
yaxın tarixi ilə bağlı xatirələrini
bölüşüblər, əsərləri ilə
bağlı oxucuların suallarını
cavablandırıblar.
Sonda hər iki müəllif kitablarını
imzalayaraq iştirakçılara təqdim ediblər.
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.4.