Musiqi və incəsənət
məktəblərinin hesabat konsertləri
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin
(RMİ) tabeliyində fəaliyyət göstərən
uşaq musiqi və incəsənət məktəblərində
2023/2024-cü tədris ili üzrə hesabat konsertləri
keçirilir. Konsert proqramlarında müxtəlif ixtisaslar
üzrə təhsil alan şagirdlər il ərzində mənimsədikləri
bilik və bacarıqlarını nümayiş etdirirlər.
Növbəti konsert proqramları iyunun 3-də Mingəçevir
şəhər şəhid Fəxrəddin Qasımov
adına Uşaq incəsənət məktəbi, Mingəçevir
şəhər Bülbül adına 2 nömrəli Uşaq
musiqi məktəbi, iyunun 4-də isə Ağdaş şəhər
1 nömrəli Uşaq musiqi məktəbi, Ağdaş rayon Ləki
qəsəbə Uşaq musiqi məktəbi və
Göyçay şəhər Arif Məmmədov adına
Uşaq musiqi məktəbi tərəfindən təşkil
edilib.
Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov
çıxış edərək şagirdlərə
uğurlar arzulayıb, müəllim kollektivlərinə musiqi
məktəblərində təhsilin keyfiyyətinin artırılması
istiqamətində görüləcək işlərlə
bağlı tapşırıq və tövsiyələrini
verib.
Bununla da regional idarənin tabeliyində fəaliyyət
göstərən musiqi məktəbləri üzrə yekun
hesabat konsertləri başa çatıb.
***
Abşeron-Xızı RMİ-nin tabeliyində fəaliyyət
göstərən uşaq musiqi və incəsənət məktəblərində
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümü və “Yaşıl dünya naminə həmrəylik
ili”nə həsr olunmuş hesabat konsertləri keçirilib.
Konsertdə məktəblərin müəllim və
şagird kollektivləri müxtəlif musiqi və rəqs
nümunələri ilə çıxış ediblər.
***
Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbində
(Bakı şəhəri) 2023/2024-cü tədris ilinin hesabat
konserti təşkil edilib. Konsertdə Azərbaycan və xarici
ölkə bəstəkarların əsərləri, eləcə
də xalq və bəstəkar mahnıları ifa olunub. Sonda məktəbin
direktoru çıxış edərək tədbir
iştirakçılarına uğurlar arzulayıb.
Laçın rayon 2 nömrəli Uşaq musiqi məktəbində
(Abşeron rayonu, Xırdalan şəhəri) tədris ilinin
başa çatması ilə əlaqədar hesabat konserti
keçirilib. Əvvəlcə Vətən uğrunda
canlarından keçən şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Konsert məktəbin şagird və müəllim kollektivinin
rəngarəng çıxışları ilə davam edib.
Mədəniyyət.- 2024.-7 iyun,№42.- S.4.