Həzin sevgi nəğməsi yeni
quruluşda
Şəki Dövlət Dram Teatrının səhnəsində
quruluşçu rejissor Elvin Nuri tərəfindən yeni
tamaşa hazırlanır. Xalq yazıçısı
İlyas Əfəndiyevin müxtəlif teatrlarda, fərqli
rejissor yozumlarında tamaşaya qoyulmuş “Sən həmişə
mənimləsən” (“Boy çiçəyi”) əsəri bu
dəfə Şəkidə səhnəyə
çıxacaq.
İkihissəli lirik-psixoloji tənhalıq dramı
kimi janr təsnifatı verilən tamaşanın masaarxası
məşqləri gedir. Quruluşçu rəssam Sahib Əhmədov,
geyim üzrə rəssam Günay Hidayətova, musiqi tərtibatçısı
Zeynəb Xəlilovadır.
Səhnə işində Əməkdar artist Rəhim
Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd,
Xəyal Salahov və Nərmin Abbasova rol alıblar.
Qeyd edək ki, premyera İlyas Əfəndiyevin 110
illik yubileyi münasibətilə cari mövsümün
bağlanışına nəzərdə tutulub.
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.5.