“Yaradıcı müzakirələr”in növbəti mərhələsi yekunlaşıb

 

 

Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi Şamaxı şəhərində davam edib. Layihə mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür.

Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən layihə çərçivəsində yaradıcı klasterlər üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş təşkil olunub. Sessiyalar kino, rəsm, dizayn, kulinariya, animasiya, yaradıcı startaplar, fotoqrafiya, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edib.

May ayı ərzində Şamaxı ilə yanaşı, Quba, Gəncə, Mingəçevir və Şəki şəhər və rayonlarında təşkil olunan maarifləndirici sessiyalara ümumilikdə 3000 nəfərdən artıq iştirakçı qoşulub.

Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında digər regionlarda da (Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Şuşa) növbəti sessiyaların təşkil olunması və ilin sonunadək ümumilikdə 5000 nəfərdən çox iştirakçının layihəyə cəlb edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Creative Talks” (“Yaradıcı Müzakirələr”) layihəsinə Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabr ayında “Yaradıcı Həftə” çərçivəsində başlanılıb.

 

Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.3.