“Şəhərlərin
melodiyası”
XTNS-nin “Azərbaycan” pavilyonunda Bayram Salamovun sərgisi
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində (XTNS) tanınmış azərbaycanlı rəssam,
Rusiya Rəssamlarının Yaradıcılıq
İttifaqının və Beynəlxalq Rəssamlar
Federasiyasının üzvü Bayram Salamovun sərgisi
açılıb.
“Şəhərlərin melodiyası” adlı sərgidə
müəllifin 20-dən çox rəsm əsəri
nümayiş etdirilir.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova
qeyd edib ki, Bayram Salamovun əsərlərinin parlaq palitrası
və maraqlı mövzuları heç kəsi laqeyd qoymur:
“Bayram Salamovun rəsmləri kortəbii, rəngarəng və
canlıdır, uşağın dünyaya
baxışını çatdırır. Rəssam rəng
sxemləri və maraqlı hekayələri ilə
tamaşaçılara Azərbaycan haqqında
danışır”.
Bayram Salamov çıxışında sərginin təşkilinə
görə “Azərbaycan” pavilyonuna təşəkkür edib
və Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini
qeyd edib.
Bayram Salamov Şəki rayonunun Qoxmuq kəndində
anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini bitirib, Şəki
Dram Teatrında dekorasiya rəssamı kimi fəaliyyət
göstərib. Rəssam sonra Rusiyanın Tolyatti şəhərinə
köçüb, 2010-cu ildə orada “Bayram Art Gallery” adlı
şəxsi rəsm studiyasını açıb.
Rəssamın əsərləri Rusiyanın bir
çox şəhərlərində, həmçinin Azərbaycan,
Almaniya, İtaliya, Çexiya və Kiprdə keçirilən
sərgilərdə nümayiş etdirilib, müxtəlif
ölkələrdə şəxsi kolleksiyalara daxil edilib.
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.8.