“Ömrün
Xanım fəsli”
Xanım İsmayılqızının
yaradıcılıq gecəsi
İyunun 4-də Heydər Əliyev Sarayında
tanınmış şair, bəstəkar Xanım
İsmayılqızının “Ömrün Xanım fəsli”
adlı yaradıcılıq gecəsi keçirilib.
Konsertdə Xalq artistləri Mələkxanım
Eyyubova, Röya Ayxan, Faiq Ağayev, Nazpəri Dostəliyeva,
Əməkdar artistlər Lalə Məmmədova, Rəşad
İlyasov, Mətanət İsgəndərli, Fərqanə
Qasımova, Abbas Bağırov, müğənnilər
Çinarə Məlikzadə, Dilarə Kazımova, Elnur
Hüseynov və başqaları Xanım
İsmayılqızının populyar bəstələrini ifa
ediblər.
Müğənniləri Nərgiz Əliyevanın rəhbərlik
etdiyi “Royal Strinq” orkestri (dirijor Mustafa Aşurov) müşayiət
edib.
Yaradıcılıq gecəsinin rejissoru Nail
Naiboğlu, aparıcısı Leyla Quliyeva olub.
Xanım İsmayılqızının şeirlərini
aktyorlar Kamran Ağabalayev, Kamal Yaşar və aparıcı
Leyla Quliyeva səsləndiriblər.
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.5.