“Narkomaniya bəşəriyyətin faciəsidir!”

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Narkomaniya bəşəriyyətin faciəsidir!” mövzusunda tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqamı”nın icrası ilə əlaqədar təşkil olunan tədbirdə mərkəzin direktoru Ləman Cəlilova, rayon prokuroru Anar Cəfərov və polis rəisi Vüqar Xəlilov çıxış ediblər.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayonda da müxtəlif tədbirlərin həyata keçirildiyi, əhali arasında müvafiq profilaktik təbliğat işlərinin görüldüyü vurğulanıb. Mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.4.