“Rəngin
poetikası, şeriyyətin rəngi”
Dövlət Sərhəd Xidməti (DSX)
Akademiyasında Sumqayıt Dövlət Rəsm
Qalereyasının və Azərbaycan Yazıçılar
Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı
ilə sərhədçi kursantların asudə
vaxtlarının səmərəli təşkili və bədii-estetik
zövqlərinin formalaşması məqsədilə “Rəngin
poetikası, şeriyyətin rəngi” adlı sərgi-tədbir
keçirilib.
Sərgidə sumqayıtlı rəssamlar Ellada Həsənova,
Tofiq Əhmədov və Sevil Mahmudovanın əsərləri
nümayiş olunub.
Tədbir şair və yazıçıların
iştirakı ilə davam edib. Gülnarə Camaləddin,
Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Hafiz
Ataxanlı, Rauf Ağakişiyev bədii ədəbiyyatın,
incəsənətin estetik dəyərlərindən danışıblar,
yurd sevgisini, dövlətçilik təfəkkürünü
ehtiva edən poeziya nümunələri səsləndiriblər.
DSX Akademiyasının rəisi general-mayor Azər
İbrahimov layihənin gerçəkləşməsində
verdikləri dəstəyə görə Sumqayıtın
yaradıcı ziyalarına minnətdarlığını
bildirib. Qonaqlara akademiyanın fəxri fərmanı təqdim
edilib.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.4.