Qocaman yazarın yeni
kitabı
Yazıçı-publisist, Masallı Rayon
Ağsaqqallar Şurasının sədri Ələşrəf
Niftiyevin yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin roman, povest, 30-dan çox hekayə,
novella və essesi, rus ədəbiyyatından bir neçə
tərcüməsi yer alıb.
Yazıçının qələmə
aldığı əsərlərin əsasında milli-mənəvi
dəyərlərə hörmət, saf əməl,
uşaqların və gənclərin hərbi vətənpərvərlik,
əmək tərbiyəsi, doğma Vətəni və
torpağı sevmək amalları durur.
Kitabın redaktoru “Yeni həyat” (Masallı) qəzetinin
və eyniadlı saytın baş redaktoru Əlihüseyn
Şükürovdur.
Mədəniyyət.- 2024.- 12 iyun,№43.- S.4.