Saatlıda “Vaqif”
dramı əsasında tamaşa hazırlanıb
Saatlı rayon Nəsimikənd kənd Folklor evi, kənddəki
“Adıgün” Mədəniyyət evi və kənd orta məktəbinin
birgə təşkilatçılığı ilə Səməd
Vurğunun “Vaqif” dramı əsasında hazırlanmış
tamaşanın nümayişi olub.
Qeyd edək ki, Nəsimikənd mədəniyyət
müəssisələri tərəfindən “Vaqif” dramı
ilk dəfə 1983-cü ildə səhnələşdirilib.
41 ildən sonra yeni tamaşanın təqdimatına o vaxt
müxtəlif obrazları canlandıran və kənddə
yaşayan insanlar dəvət olunub.
Məktəblilər və mədəniyyət
işçilərinin əməyi nəticəsində ərsəyə
gələn səhnə işi maraqla qarşılanıb.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.4.