Neftçalada Heydər
Əliyev Mərkəzinin yubileyi
Neftçala rayon Heydər Əliyev Mərkəzinin 10
illiynə həsr olunan tədbir keçirilib. Tədbirdə
rayonun icra başçısı Mirhəsən Seyidov,
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin
(RMİ) rəisi Şahin Şahbazov, Azərbaycan
Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq
Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ictimaiyyət
nümayəndələri, mədəniyyət işçiləri
iştirak ediblər.
Çıxışlarda Heydər Əliyev mərkəzlərinin
fəaliyyəti, o cümlədən rayon və şəhərlərin
mədəni həyatında rolu barədə
danışılıb. Bildirilib ki, Neftçala rayon Heydər
Əliyev Mərkəzi 28 may 2014-cü il tarixində ölkə
başçısı İlham Əliyevin rayona səfəri
zamanı onun xeyir-duası ilə fəaliyyətə
başlayıb. Mərkəzdə ötən illər ərzində
görülən işlər, əldə olunan nailiyyətlər,
fəaliyyət istiqamətləri haqqında
iştirakçılara məlumat verilib.
Tədbir musiqi nömrələri ilə davam edib,
Salyan Dövlət Kukla Teatrı kollektivinin ifasında
“Sülh naminə birləşək” kompozisiyası təqdim
olunub.
Mərkəzlə əməkdaşlıqda xüsusi
fəallıq göstərən qurumlar və mərkəzin əməkdaşları
təşəkkürnamə və hədiyyələrlə
mükafatlandırılıb.
Mədəniyyət.- 2024.- 12 iyun,№43.- S.4.